Sevgilinizin yalan danşdığını necə ayırd edə bilərsiniz

_Əl Gizlətmək_
İnsan yalan danışdığında əllərini arxasına, ciblərinə, ya da stolun altına gizlətməyə meyl göstərər. Gedərkən də sevgilinizin sizdən bir addım geridə qalması, danışdığınız mövzudan narahat olduğunu göstərən bir hərəkətdir...

_Burun Qaşımaq_
Burun qaşıma ağ yalanların klassik işarəsidir. Ayrıca sevgiliniz sizdən gerçəkləri gizlədərkən böyük bir ehtimalla gözlərinə, qulaqlarına, dodaqlarına toxunur, çünki insanlar gerçəyi söyləmədiyi zamanlarda əlləriylə üzlərinə toxunur...

_Göz Hərəkətləri_
Sevgilinizə cavabını bildiyiniz sualları verin, cavabın alın, məsələn; «nə yemişdin?» ya da «maşınını harda saxladın?» cavabını düşünərkən gözlərinin hara getdiyini izləyin gözlərinin doğru söylərkənki hərəkətini beyninizə həkk edin, çünkü sevgilinizin gözləri hər doğru cavabda eyni hərəkəti edəcək, amma yalan danışırsa mütləq bu hərəkət fərqliləşəcək…


Ardı →

Keçmiş sevgilinizi unutduracaq

  • Sevgi

Sevdiyiniz insanla ayrıldığınız zaman onu unutmağınız üçün həftələr, aylar, hətta illər lazım ola bilər. Bu müddət ərzində yada düşən keçmiş xatirələr, xoş günlər uzun müddət əzab çəkməyinizə səbəb olacaq, amma hər şeyin əvvəlki halına qayıtmasına ümidiniz yoxdursa, onunla aranızda olan bütün münasibətin bitdiyini düşünürsünüzsə, bundan sonrakı həyatınıza qaldığınız yerdən davam etməyiniz üçün hər şeyi unutmaq lazımdır. Bunun üçün sizə kömək olacağını düşündüyümüz bir neçə məsləhət vermək istəyirik.

Bütün hisslərinizi sözə çevirin
Ayrılıqdan sonra bütün hisslərinizi, kədərinizi ətrafdan gizlətmək, ürəyinzə atmaq sizə daha çox əzab verəcək. Bundansa daha yaxşı olar ki, bütün hisslərinizi, fikirlərinizi özünüzə yaxın hesab etdiyiniz biri ilə bölüşəsiniz. Danışdıqca rahatladığınızı özünüz də hiss edəcəksiniz.

İdman edin
Ayrılıqdan sonra uzun müddət stress keçirəcəksiniz. Yaşadığınız bu stress ətrafınızda baş verən pozitiv hadisələri görməyinizə və onlara görə sevinməyinizə mane olacaq. Stressin səbəb olduğu digər bir hal isə piylənmədir. Yəni, stressdən qurtulmağınız həm neqativ enerjidən, həm də artıq çəkidən xilas olmağınız deməkdir. Buna görə də idmanla məşğul olmağa səy göstərin. Əgər idman zalına gedəcək qədər çox vaxtınız yoxdursa, evdə yüngül məşq hərəkətlərini təkrarlayın.


Ardı →

Sevgi münasibətləriniz ciddidir? (Test)

Gənclər çox vaxt doğru insanla birlikdə olub-olmadığını bilmirlər. Buna görə də duyğuların bir daha nəzərdən keçirilməsi və yaxşı götür-qoy etmək lazımdır. Necə deyerlər: -yüz ölç, bir biç. 
Test etməklə seçdiyiniz insanla münasibıtiniz nə qədər ciddi olduğunu qisməndə olsa aydınlaşdıra bilərsiniz.

Aranızda mübahisə olan zaman nə edir?
a) Bir-birinizin fikirlərinə hörmət edir və hər şeyi yoluna qoyursunuz
b) Aramızda heç bir problem yoxdur
c) Saatlarla danışsaq da, heç nəyi həll edə bilmirik
d) Sakit danışa bilmirik


Ardı →

Qadınların sevgidə etdiyi 10 "yanlış davranış"

Əgər sevdiyiniz insan varsa və siz ona dəyər verib, qiymətləndirirsinizsə onda sizin də bir sıra tipik səhvlər etməməyi öyrənməyiniz məsləhətdir.

Psixoloqlar «yanlış davranışın» 10 əsas bəndini hazırladılar

1. Birinci və eyni zamanda yəqin ki ən təsirli qıcıqlandırıcı — isterika və məsləhətdir. Bu naşükür vəziyyətə qapılaraq sizin sözləriniz yalnız dinlənilməz olacaq və eyni zamanda həm də gizli qıcıqlanma obyekti olacaqsınız. Daim narazılıq kimi həyatda heç nə münasibətləri belə öldürmür.

2. Gündə 24 saat kişinin sizin yanınızda qalmaq arzunuza baxmayaraq düşünməlisiniz ki, baxmayaraq ki sizin yanınızdadır, o normal ehtiyaclarını- yaxın dostunu görmək, balıq tutmağa və ya futbola getmək arzusu kimi ehtiyaclarını hiss etməyə davam edir. Fikirləşməlisiniz ki onun da ürəyinin hansısa bir küncündə özünü sizin kimi rahat, konfort hiss edəcək bir yerlər var. Müəyyən vaxtı bir-birinizdən ayrı keçirin, onda görüşünüz çox arzulanan və səmimi olacaq.


Ardı →